Əvvəli: https://klv.az/2024/01/24/edmund-husserl-kartezian-dusunceleri-7/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 37. Zaman, hər cür eqoloji genezisin universal forması kimi
Bir yerdə ola bilən mahiyyətli qanunlar (faktiki yaşayışın ardıcıllığı və eynivaxtlılığı qaydaları və bu cür yaşayışın mümkünlüyü) daha geniş mənada kauzal qanunlardır. Lakin burada ən yaxşısı mövhumatla yüklənmiş “kauzallıq” ifadəsindən və transsendental sferaya uyğun olaraq (eyni ilə xalis psixologiya sferasına olduğu kimi) motivasiya haqqında danışmaqdan imtina etmək lazımdır.
Transsendental eqonun real varlıq məzmununu təşkil edən təəssüratların universumu, bütün bu təəssüratları yalnız, ona tökülməsi ilə tabe olan ayrı-ayrı təəssüratlar kimi, vahid axının universal formasında yerləşdirir. Beləliklə, artıq bu forma, konkret təəssüratların və onların axınında konstruksiyalaşmış törənişlərin hamı üçün daha ümumi formasıdır, motivasiyanı hər bir ayrı-ayrı təəssüratlarla bir-birinə bağlayan və idarə edən forma da vardır ki, biz onu universal genezisin formal qanunauyğunluğu kumi nəzərdən keçirə bilərik, belə ki, burada hazırki üsulların müəyyən noeto- noematik formal strukturu sayəsində keçmişin, indinin və gələcəyin mövcudluğu ozünün birliyində təkrar-təkrar yenidən konstruksiyalaşır. Lakin bu formanın daxilində, genezisin ümumi qanunauyğunluğu sayəsində eqonun universal genezisinin birliyini yaradan və çoxsaylı ayrıca motivasiyalara və motivasiya-yerinə yetmə sistemlərinə malik olan həyat, xüsusi konstutitiv əmələ gəlmələrin əsaslandırılmış gedişi kimi axır. Eqo özünü, belə desək, hansısa tarixi birlikdə özü-özündən ötrü təşkil edir və əgər biz desək ki, eqonun quruluşunda onun üçün mövcud olan bütün əyaniliklərin, immanent olduğu kimi, eləcə də transsendent, ideal olduğu kimi, eləcə də real quruluşu tamamlanır, onda əlavə etmək lazım gəlir ki, bu və ya digər predmetlər və predmetli kateqoriyalar sayəsində eqo üçün mövcud olan konstutitiv sistemlərin özləri, yalnız qanunamüvafiq genezisin çərçivəsində mümkündür. Bununla belə onlar eyni zamanda, özünün təşkili ilə uyğunlaşa bilən xüsusi varlıq məzmununa malik konkret eqonu, birlik olaraq, eqo olaraq mümkün edən universal genetik forma ilə bağlıdır. Mənim üçün təbiətin, mədəni aləmin, onun sosial formaları ilə birlikdə insan dünyasının və s. mövcud olması faktları, ondan xəbər verir ki, mənim üçün münasib təcrübə imkanları mövcuddur, belə ki, imkanlar kimi, məhz təcrübədə bu cür predmetləri dərk edib etmənəyimdən asılı olmayaq, müəyyən sintetik üsullara əməl etməklə, onları hər bir zaman oyuna daxil edərək sərbəst davam etdirə bilərəm; o həmçinin ondan xəbər verir ki, onlara münasib digər dərk etmə üsulları – dumanlı fərziyyələr və sair kimi – mənim üçün imkanlar kimi mövcuddur və həmçinin onlar üçün qabaqcadan cızılmış tipikliyə müvafiq təşkil olunmuş təcrübələr nəticəsində bu fərziyyələri təkzib etmək və ya tamamlamaq imkanları da mövcuddur. Bunda əsaslı qanuna tabe olan müəyyən genezisin nəticəsində əldə olunan və inkişaf edən sarsılmaz xatibuallıq vardır.
Burada, bizə çoxdan tanış olan, şeylər, saylar və s. haqqında, məkani və zamani təsəvvürlərin psixoloji mənşə problemləri yada düşür. Fenomenologiyada onlar transsendental kimi, həm də təbii ki, bununla bərabər universal genezis problemlərinə tabe olan intensional problemlər kimi irəli çıxır.
Eydetik fenomenologiyanın son dərəcə ümumi olan problemlərinə və bununla belə axırıncı sintezə girmək çox cətindir. Yeni başlayan fenomenoloq ona bağlıdır ki, nümunə olaraq ona istər istəməz özü- özündən çıxış etməsi lazım gəlir. O özünü eqo kimi və sonra da, ümumiyyətlə hansısa eqo kimi, transsendental mənada tapır, belə ki, artıq öz şüuru ilə dünyaya – onun təbiəti ilə, mədəniyyətı ilə (elmi, incəsənəti, texnikası və il axır) yüksək qaydada şəxsi təşkil olunması (dövlətlə, kilsələrlə) və sair ilə, bizim hamımıza məlum olan ontoloji tipə məxsus dünyaya malik olur. Öz inkişafının başlanğıcında fenomenologiya hələ statik olur, onun deskripsiyası təbii-tarixi analogiya üzrə qurulur və ilk öncə bu cür nəzərdən keçirilir, ən yaxşı halda ayrı-ayrı tipləri sistematik olaraq yoluna qoyulur. Müvəqqəti formalarla məhdudlaşmayan universal genezisin və onun universallığı ilə eqonun genetik struktur problemləri, nə qədər ki, onlar həqiqətən də daha yüksək pillələrə aiddir, hələ ki, daha uzaqda dayanır. Lakin hətta onlar toxunulmuş kimi meydana çıxdığı vaxtlarda da, bu bəzi məhdudiyyətlərlə baş verir. Çünki eqo, artıq onun üçün qurulmuş hansısa bur dünyanın mövcudluğu ilə əlaqədar olaraq, əsaslı nəzərdən keçirmənin başlanğıcında da, özlüyündə saxlanılacaqdır.
Bu da həmçinin zəruri pillədir; axan genezisin qanunauyğun formalarının yalnız bu pillədə açılışından sonra, maksimal dərəcədə ümumi olan eydetik fenomenologiyanın yaradılması üçün qarşıya çıxan imkanları görmək olar. Eqo onda özünü o qədər sərbəst variasiyalaşdırır ki, onun üçün əhəmiyyətli şəkildə qurulan dünyaya müvafiq olaraq, hətta onda, bizim üçün özü-özünə aydın olan ontoloji struktura malik ideal məhdudlaşdırıcı şərtlər də tutulub saxlanılmır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/02/07/edmund-husserl-kartezian-dusunceleri-10-8/