Əvvəli: https://klv.az/2023/12/20/edmund-husserl-kartezian-dusunceleri-10-6/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 30. Transsendental eqo öz təəssüratlarından ayrılmazdır
Predmetlər, gerçək və mümkün dərk edilən predmetlər kimi, yalnız mənim üçün mövcuddurlar və onlarda nə vardırsa mənim üçündür. Bu müddəanın əsassız və səmərəsiz spekulyasiyanın mövzusu olmamasından ötrü, mənim üçün olan bu varlıq və eləcə varlığın özü konkret olaraq nədən ibarətdir və söhbət uyğun olaraq, gerçək və mümkün şüurun bu və ya digər strukturlarının hansından gedir, bununla belə, mümkünlük dedikdə nəyi başa düşmək lazımdır. Buna yalnız, – ilk növbədə, intensiallığın canlılığından çıxan nəticələrini və onun qorizontlarını yeganə mümkün metod kimi əldə rəhbər tutaraq, əvvəlcə sözün müəyyən edilmiş geniş mənasında, sonra isə, sözün dar çərçivədə yenicə təsvir edilən mənasında, quruluşların araşdırılması sayəsində nail olmaq olar. Artıq bizim qarşımızda dayanan məsələlərin anlaşılmasına aparan ilkin təhlillər nəticəsində aydın olur ki, transsendental eqo (ruhun psixoloji araşdırılmasına parallel) yalnız həmin şeydir ki, o şey, məhz bunun özünün intensional predmetliliklə əlaqəsində vardır. Lakin ona həmçinin, nə qədər ki, o, dünya ilə əlaqədardır, təkcə mümkün adekvat dəlillərlə onun müvəqqəti immanent sferasında yerləşən predmetlər deyil, həm də yalnız qeyri-adekvat kimi və yalnız onun razılaşdırılmış axını sayəsində zahiri təcrübələrə prezumptiv mövcud olan kimi təqdim edilən dünya obyektləri də, eqo üçün zərurət əsasında mövcud olan predmetlər olaraq ona aiddir. Beləliklə, eqonun ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o həmişə intensionallıq sistemlərini, o cümlədən də qismən onda birləşən razılaşdırılmış sistemləri, qismən də ki, müəyyən potensiallıqlar kimi, qorizont cizgiləri vasitəsi ilə onda açıla bilən sistemləri əldə edir. Eqo bu və ya digər momentlərdə özündə güman etdiyi, düşündüyü, qiymətləndirdiyi, götür-qoy etdiyi, həmçinin təsvir və ya təsəvvür etdiyi predmetlərdən hər birinin, korrelyat qismində öz sistemini göstərir və özü də yalnız onun korrelyatı kimi mövcud olur.
§ 31. MƏN təəssüratların eyni qütbü kimi
Lakin indi bizə lazımdır ki, bizim izahatımızda böyük bir boşluğa diqqət yetirək. Eqo özü arasıkəsilməyən aşkarlıqda və deməli, özünü fasiləsiz olaraq özü-özündə mövcud olan kimi konstruksiyalaşdıran, özü-özü üçün bir varlıqdır. Biz indiyə kimi bu özü-özünə konstruksiyalaşmanın yalnız bir tərəfinə toxunurduq və ancaq bu günkü coqitonu diqqətdə saxlayırdıq.
Eqo özünü sadəcə bu günkü həyat kimi deyil, həm də, bu və ya digər coqitoda yaşayaraq eyni ilə həmin cür qalmaqla, bu və ya digər məzmunda hiss edilən MƏN kimi, mənim məni kimi mənimsəyir. İndiyə kimi biz, coqito və coqitatum-in, şüur və predmetlərinin intensional əlaqələri ilə, gerçək və mümkün şüurun müxtəlifliyini polyarizasiya edən, yəni onu qütblər və sintetik birliklər kimi, predmetlərlə əlaqələndirən, yalnız həmin sintezinə diqqət yetirirdik. İndi isə biz, özünün xüsusi üsulları ilə coqitationes-in bütün ayrıca müxtəlifliklərini yekunu ilə birlikdə qavrayan, yəni onları eyni MƏNƏ məxsus olan kimi mənimsəyən sintezin ikinci növ müxtəlifliyi vasitəsilə, digər polyarizasiya ilə toqquşuruq, belə ki, bu MƏN, hərəkətdə olan və təsirə məruz qalan bir şey kimi, dərk edilən bütün təəssüratlarda yaşayır və onların vasitəsi ilə predmetli qütblərin hamısı ilə əlaqədardır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/01/03/edmund-husserl-kartezian-dusunceleri-5/