Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/11/15/edmund-husserl-kartezian-dusunceleri/

(davamı)

§ 22. Bütün predmetlərin universal birlik ideyaları və onların konstitutiv araşdırma məsələləri

Tematik qarşılıqlı əlaqədə olan transsendental araşdırmaların istiqamətverici yolu olaraq biz, cogitata kimi xalis fenomenoloji reduksiya sayəsində başa düşülmüş və əvvəldən elmi anlayışlarda hansısa əhəmiyyət kəsb edən mövhumatdan xilas olmuş, əyani tipləri üzə çıxardıq.

Axı, eyniləşdirən sintezin birliyə gəlib çıxmasına yol verən imkanlarda və ya həyata keçirilən gerçəklikdə, şüurun konstitutiv müxtəlifliyi təsadüfü deyil, ancaq belə bir sintezin imkanları barədə olan bu müxtəliflik əhəmiyyətli dərəcədə qarşılıqlı əlaqədədir.

Onlar nəticə ehtibarı ilə, həmin prinsiplərə tabedirlər ki, məhz bunun sayəsində fenomenoloji araşdırmalar əlaqəsiz təsvirlərdə itirilmir, həm də əhəmiyyətli şəkildə təşkil olunurlar. Ümumiyyətlə hər bir obyekt, hər bir predmet (o cümlədən də hər bir immanent predmet) transsendental eqonun hər hansı bir requlyativ strukturuna müraciət edir. Onun tərəfindən bu və ya digər üsullarla dərk olunmuş predmet, təqdim edilən kimi, o dərhal həmin predmetin özünün mümkün dərk edilməyə tabe olan digər universal qaydalarını göstərir, üstəlik qabaqcadan tipiklərin öz mahiyyətində cızılmış hansısa mümkün çərçivədə; bu təsəvvürdə ağla gələ bilən hər hansı predmet üçün təbiidir.

Transsendental subyektivlik – bu intensional təəssüratların xaosu deyil, həmçinin konstitutiv tiplərin də xaosu deyil, hansı ki, bunların hər biri daxilən bəzi növlərin əlaqəliliyi və ya intensional predmetlərin forması vasitəsi iıə təşkil olunur. Başqa sözlə, mənim üçün ağla gələn predmetlərin məcmusu və predmetli növlər də, mənə görə transsendental eqo kimi, xaotik deyil; həm də, korrelyativ yanaşmada da, eləcə növün növlərə müvafiq maddi məcmusunun sonsuz müxtəlifliyi xaotik deyil, əlbəttə, əgər onların sintez imkanlarını nəzərə alsaq, onlar həmişə noetik və noematik olaraq qarşılıqlı əlaqədədirlər. Burada artıq, müəyyən qaydada bütün sintezlərə təsir göstərən, hansısa bir universal konstitutiv sintezin ilkin gösrərişləri saxlanılır ki, bu da nəticə ehtibarı ilə, özlüyündə, həm maddiliyin transsendental eqosu üçün gerçək və mümkün olan hər şeyi, həm də korrelyativ yanaşmada onların dərk edilmə üsulları üçün gerçək və mümkün olan hər şeyi əhatə edir. Biz deyə bilərdik ki, burada əzəmətli bir məsələ, onları öz aralarında birləşdirərək ciddi sistematikliklə bir-biri üzərində qurmaqla bütün fenomenoloji araşdırmaları konstitutiv araşdırma kimi həyata keçirərək, onların formal və maddi kateqoriyalarını özündə tamamlamaqla, mümkün şüurun bir-birinin ardınca işlənilmiş bütün predmetlərinin sistemləri səviyyəsində hərəkətdə olan istiqamətverici yolunu saxlayan və hər şeyi əhatə edən və sintetik qaydalar birliyindən ibarət olan, bütün transsendental fenomenologiyanın məsələsi qeyd olunur.

Lakin belə demək düzgün olardı ki, söhbət burada hansısa sonsuz requlyativ ideyalardan gedir. Aşkarcasına antisipasiyada meydanda olan mümkün şüur predmetləri kimi, mümkün predmetlər sisteminin özü hansısa ideyalardır (ancaq “bir növ”, hansısa bir qondarma kimi yox) və bü da praktikada prinsiplərlə faydalanmağa icazə verir ki, bunun da sayəsində az-çox başa çatmış hər cür konstitutiv nəzəriyyə hər hansı digər yollarla, təkcə daxilən qorizontlara məxsus şüur predmetləri ilə deyil, həm də, qarşılıqlı əlaqənin mühüm formalarının xaricində göstərilən qorizontların özünün mütəmadi açılışı ilə bağlı ola bilər.

Şübhəsiz, əgər biz ayrı-ayrı maddi tiplərin istiqamət verən yolu ilə məhdudlaşsaq, məsələlər bizim qarşımızda son dərəcə mürəkkəb şəkildə meydana çıxır və onların daha dərindən nəzərdən keçirilməsi hər yerdə geniş intizama gətirib çıxarır, məsələn, məkani predmetin və ya bütövlükdə təbiətin, özlüyündə, canlının və ya insan məxluqunun, mədəniyyətlərin transsendental quruluş nəzəriyyəsi ilə məsələ bu vəziyyətdədir.

Tərcüməçi: Obaçı

Davamında təqdim olunacaq: Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK

§ 23. “Ağıl” və “ağılsızlığın” fərqləndirilməsi ilə transsendental quruluşun dəqiqləşdirilməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rafiq Tağı. Qatilə didaktika dərsləri

Həmişə diqqət mərkəzində olan, xüsusən də, esseləri bəzən qalmaqal doğuran hekayə ustası Rafiq Tağı 10 noyabr 2011-ci ildə “İran və qloballaşma qaçılmazlığı” adlı essesindən sonra noyabrın 19- da bıçaqlanmış, həmin ayın 23-də dünyasını dəyişmişdir. Xatırladaq ki, hələ 2006- cı ildə “Avropa və biz” adlı məqaləsindən sonra İran ayətullahı yazarın ölümünə […]