Əvvəli: https://klv.az/2023/10/25/edmund-husserl-kartezian-dusunceleri-10-2/
(davamı)
§ 19. İntensial həyatın potensiallığına dair aktuallıq
Dünya ilə əlaqələndirilmlş hər bir coqitoya intensionallığın müxtəlifliyi xasdır, məhz buna görədir ki, o təkcə dünya obyektlərini dərk etmir, həm də özü, coqito kimi, daxili zaman şüurunda dərk olunur, tematik olaraq, təkcə aktual təəssüratlar kimi coqitata nəzər yetirilməsi ilə qurtarmır. Əksinə, hər bir aktuallıqda implisit olaraq onun potensiallığı saxlanılır, belə ki, özündə, həm də qabaqcadan öz məzmununda təsvir edilmiş mənasız olmayan imkaları, yəni bu və ya digər aktual təəssüratda intensional qeyd olunan imkanları təmsil edir, üstəlik, onunla xarakterizə olunur ki, onları MƏNİN özü həyata keçirə bilər. Bununla belə, intensionallığın aşağıdakı əsas cəhətləri göstərilir.
Şüurun qarşılıqlı əlaqəsində qavranılan bu təəssüratların (hiss, duyğu) dəyişilməsi ilə və onun xüsusi axın fazalarının – intensional qorizontlarının əvəzlənməsi ilə birgə dəyişdirilən, hər bir təəssürat müəyyən qorizonta malikdir ki, bu da təəssüratların özü üçün açıq olan şüur potensiallıqlarına göndərilməklə həyata keçirilir. Məsələn, hər bir xarici qavrayışa, başa düşülən predmetin xüsusi mənimsənilmiş tərəfindən – hələ mənimsənilməmiş, ancaq yalnız hadisələri qabaqcadan bilmək ümüdü ilə və ilk vaxtlarda, heç bir mənasız seyr etməyə yol verməyən, lakin onunla bir sırada durması güman edilən tərəfə – yenicə qavrayışa daxil olmaq məqamını gözləyən tərəfə, göndərmə, həmşinin, qavrayışın hər bir yeni fazasında yeni məna əldə edən, hansısa daimi protensiya xasdır. Bundan əlavə, məlum qavrayışda, özlüyündə qavramanın daha baçqa imkanlarının qorizontları vardır ki, əgər qavrayışın gedişini, əvvəlki kimi deyil, digər, məsələn, gözün hərəkəti vasitəsi ilə, onu irəli, geri və başqa tərəflərə hərəkət etdirməklə, aktiv idarə edə bilsəydik, bəzilərini biz əldə edə bilərdik. Müvafiq yada salmalarda da bu, eyni ilə modifikasiyalaşmış formada təkrar olunur, məsələn, keçmişdə olan tərəf əvəzinə, faktiki olaraq görünən kimi meydana çıxan şeylərin dərk edilməsi, əlbəttə, əgər özümün başa düşmə aktivliyimi uyğun formada korrektə edə bilsəm, mən başqa şeyləri də qavraya bilərəm.Həmçinin onu da nəzərdən qaçırmaq lazım deyil ki, hər bir qavrayışa, yada salmaların potensiallığı kimi, oyandırılması mümkün olan, daim keçmişin qorizontu məxsusdur, hər bir yada salmaya isə qorizont qismində, keçmişdə olmuş qavrayış momentinin hansısa aktuallığına qədər, mümkün xatirələrin (hansı ki, mən aktiv olaraq həyata keçirə bilərəm) fasiləsiz intensiallığı aiddir. Ona baxmayaraq ki, bu azadlıq, hər hansı başqaları kimi, həmişə maneə ilə rastlaşa bilər, bu imkanlara hər yerdə hansısa MƏN bilərəm və MƏN edirəm, və ya MƏN nə edirəmsə, onu başqa cür edə bilərəm qarışdırılır.
Qorizontlar özlərində potensiallığın qabaqcadan cızılmış layihəsini təmsil edirlər. Həmçinin əlavə edək ki, hər bir qorizontü, onda nə yerləşdiyi haqqında sorğu-sual etmək, onu izah etmək, şüur həyatının bu və ya digər potensiallığını açmaq olar. Həmişə aktual coqito-da implisit olaraq göstərilən cismi mənanı, məhz yalnız bu cür açırıq. Coqitatum qua coqitatum-un bu mənasını, hazır varlıq kimi təsəvvür etməyək; o yalnız verilən, həmçinin yeni-yeni oyandırılan digər qorizontların izahı nəticəsində aydınlaşdırılır. Hərçəndi qabaqcadan cızılanlar həmişə natamam olur, bununla belə, o özünün qeyri-müəyyənliyində, müəyyən struktur əldə edir. Məsələn, oyun zərlərinin nəzərdən gizli tərəfləri barədə hələ bilinməyən xeyli şeylər qalır, ancaq hər halda o oyun zərləri kimi və sonra, xüsusən də, rəngə, kələ-kötür səthə və s. malik olan bir şey kimi, artıq qabaqcadan baça düşülmüşdür, üstəlik bu müəyyənliyin hər biri, həmişə yeni təfsilatların üzə çıxmasına yol verir. Sonrakı həqiqi müəyyənliklərin ardınca gələn bu ehtimal, heç vaxt baş verməyə də bilər, o şüurun özünə onun momenti kimi salınır və bu həmin şeydir ki, məhz onun sayəsində qorizont təşkil olunur. Həqiqi qavrayış prosesində – qabaqlayıcı təsəvvürlər vasitəsi ilə qavranılan hər şeyin izahatından fərqli olaraq – sonrakı tamamlayıcı müəyyənliklər (mümkündür ki, həm də müəyyənlikdən artıq) həyata keçirilir, lakin, öz növbəsində qorizontları açıq saxlayır.
Beləliklə, nə haqdasa olan şüur kimi, hər hansı şüur, əhəmiyyətli xüsusiyyətlərə malikdir: o ümumiyyətlə, eyni bir predmet haqqında olan şüur kimi qalmaqla, cadəcə olaraq dərketmənin bütün yeni üsullarına keçməyə bilər, belə ki, cismi məna eynilik kimi intensional olaraq sintezin bütövlüyündə bu üsullarda saxlanılır, lakin bu keçid, yuxarıda təsvir olunan qorizont intensionallığına uyğunluqda və yalnız ona müvafiq olaraq həyata keçirilə bilər.
Demək olar ki, predmet – bu eyniyyətin qütbləridir, belə ki, daım qabaqcadan güman edilən və həyata keçirilməsi lazım olan mənalarla birgə dərk olunur; şüurun hər bir momenti üçün o özündə onun mənası ilə düşünülən, həmçinin araşdırıla və izah edilə bilən hansısa bir poetik intensionallığı təmsil edir. Bütün bunlar konkret öyrənmə imkanlarına yol verir.
Tərcüməçi: Obaçı
Davamında təqdim olunacaq: § 20. İntensial təhlilin özünə məxsusluğu