Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/10/18/edmund-husserl-kartezian-dusunceleri-11/

(davamı)

§ 18. Eyniləşdirmə sintezin əsas forması kimi. Transsendental zamanın universal sintezi

Əgər biz sintezin əsas formasını, yəni eyniləşdirmə formasını nəzərdən keçiririksə, onad o ilk öncə qarşımızda daxili zamanın arasıkəsilməz çüur formasında hər şeyi əhatə edən passiv sintez kimi çıxış edir. Hər bir təəssürat özünün xüsusi müvəqqətiliyinə malikdir.

Nə isə bir dünya obyekti kimi təzahür edən coqitatum kimi dərk edilən təəssürat zamanı (necə ki, bu oyun zərlərinin qavrayışı zamanı baş verir), biz obyektiv olaraq, hadisələrdə çıxış edən müvəqqətiliyi, məsələn, bu zərlərin müvəqqətiliyini, daxili təzahür müvəqqətiliyindən, məsələn, zərlərin qavrayış müvəqqətiliyindən fərqləndirməliyik. Öz növbəsində, özündə arasıkəsilmədən eynilə həmin zərlərin dəyişilən təzahürünü təmsil edən qavrayış, özünün müvəqqəti kəsiklərində və fazalarında axır. Onların birliyi sintezin birliyidir; bu sadəcə соqitationesin fasiləsiz əlaqəliliyi deyil (məlum həddə onların yalnız bir-birinə zahirən yapışıqlığıdır), həm də hadisələrin müxtəlif üsullarının predmetliliyi kimi, onların təşkil olunan intensional predmetliliyinin bir şüurda əlaqəliliyidir. Dünyanın mövcudluğu, bununla bərabər bu oyun zərləri də εποχή sayəsində mötərizəyə alınmışdı, hadisədə çıxış edən eyni bir zər fasiləsiz olaraq şüur axınına immanentdir və bu “eyni şeyin” özü onda necə təsvir oluna bilirsə, bu da eləcə onda təsvir oluna bilər. Bu “şüurda varlıq” başqalarından fərqli olan mütləq “varlıqdır”, yəni real tərkib hissəsi kimi “varlıq” deyil, ancaq intensional kimi görünən, bu mənada ideal varlıqdır, yaxud da ki, onun özü də, şüura immanent konkret məna kimi varlıqdır. Şüur predmeti, hazırki təəssüratlarda özü-özünə öxşar qalaraq, bu şüura kənardan daxil olmur, ancaq onun özündə məna kimi, yəni şüurun sintetik işinin intensional nəticəsi kimi tamamlanır.

Gələcəkdə eynilə həmin – eynilə özü kimi dərk olunan – oyun zərləri eyni zamanda və ya ardıcıl olaraq xüsusi və tamam müxtəlif cür üsullarla dərk oluna bilər, məsələn, ayrı-ayrı qavrayışlarda, yaddaşlarda, gözləntilərdə, qiymət vermələrdə və s. Eynilik şüuru, şüurun bütün bu xüsusi təəssüratlarını qavrayan vahid kimi və həm də eynilik haqqında hər cür bilik kimi burada da meydana çıxır və məhz sintezin sayəsində mümkün şəkil alır.

Lakin əvvəl-axır, eyni olmayan bir şey kimi və nə iləsə əlaqələndirilməklə kəmiyyətcə üstünlük təşkil edən bir şey kimi, hər cür şüur da, vahid kimi dərk olunur, bu məna daxilində, bizim bu sintaktik işi xalis passivlik kimi və ya MƏNİN aktivliyi kimi xarakterizə etməyimizdən asılı olmayaraq, onun sintetik, yaxud bu hadisədə deyildiyi kimi,

sintaktik müəyyən olunan xüsusi coqitatum-nun (üstünlük, əlaqədarlıq və s.) sintezi vardır. Ziddiyyətlərin, uyğunsuzluqların özü də həmşinin bəzi sintezlər nəticəsində meydana çıxır, hərçəndi, yenə də, başqa-başqa növlərdə.

Lakin sintez təkcə şüurlarda axan bütün ayrı-ayrı təəssüratlarda həyata kçirilmir və onları öz aralarında təkcə təsadüfi şəkildə əlaqələndirmir; artıq dediyimiz kimi, şüurun bütün həyatı sintetik birlik yaradır. Beləliklə, şüurun həyatı, özünün universal coqitatum-una malik, və xüsusi coqitata-nın çoxnövlülüyündə cürbəcür səviyyələrdə əsaslandırılaraq növbə ilə ilk plana çıxan təəssüratlar kimi, sintetik olaraq hər şeyi ayrı-ayrılıqda özündə qavrayan universal coqito-dur. Lakin, bu əsaslandırmanı, hansısa genetik quruluşun müvəqqəti ardıcıllığında həyata keçirilmə kimi başa düşmək lazım deyil, bir halda ki, hər bir ayrıca təəssürat, daha çox, onun, artıq həmişə vahid kimi təxmin edilən, yalnız şüurun daxili qavrayışından ayrılması nəticəsində meydana gəlir. Universal coqitatum onun aşıq-hüdudsuz birliyində və bütövlüyündə universal həyatın özüdür. Yalnız ona görə ki, o həmişə hadisələrdə hər şeyi qavrayan birlik kimi çıxış edir, o həm də, diqqət və mənimsəmə aktları üçün xarakterik və universal dərketmənin mövzusu olan, həmin xüsusi üsullarla da nəzərdən keçirilə bilər. Şüurun bütün digər sintezlərinin mümkünlüyü ilə şərtlənən, bu universal sintezin əsas forması, hər şeyi əhatə edən zamanın daxili şüurudur. Onun korelyatı – özü immanent müvəqqətilikdir, bu və ya digər momentlərə müvafiq refleksiya vasitəsi ilə üzə çıxarılan bütün eqo təəssüratlar, hökmən zamanda qaydaya salınmış kimi, zamanda başlayan və onda da qurtaran kimi, eynivaxtlı və ardıcıl olan kimi – daım sonsuz üfüqdə zamana immanent kimi qarşıda durur.

Zaman şüuru ilə zamanın özünün arasındakı fərq ola bilsin, həm də daxili zamanda axan təəssüratlar və ya onun müvəqqəti forması ilə, onun müvafiq müxtəliflik təşkil edən hadisələrinin temporal üsulları arasında olan fərq kimi də ifadə olunur. Nə qədər ki, daxili zaman şüuruna xas olan bu təzahür üsullarının özü intensional təəssüratlardır və öz növbəsində, hökmən refleksiyada bü və ya digər müvəqqətilik formasında verilməlidir, biz şüur həyatının, sanki, bununla sonsuz reqressə cəlb olunan paradoksal xüsusiyyətləri ilə toqquşuruq. Bu faktın anlaşılması və aydınlaşdırılması son dərəcə çətinliklərlə bağlıdır. Lakin hər necə olur-olsun, onun özünün yeri vardır, üstəlik hətta apodiktik aşkarlıqlarla və özü üçün təəccüblü olsa da tərəflərdən birini eqo varlığın özü kimi, xüsusən də, ilk növbədə, onun şüurunun varlıq həyatıni özü-özü ilə intensional əlaqəlilik formasında xarakterizə edir.

Tərcüməçi: Obaçı

Davamında təqdim olunacaq: § 19. İntensial həyatın potensiallığına dair aktuallıq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məmməd Araz - 90

Azər Turan Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi” şeiri Azərbaycanın Rusiyaya birləşdirilməsinin 140-cı ildönümünün bayram edildiyi günlərdə dövriyyəyə qatılıb. Məmməd Araz bunu necə edib? Senzor buna necə göz yumub? – məsələnin ilginc tərəfi də budur. Xalq hakim ideologiya baxımından, Rusiya ilə birləşməyi “bayram” edir, şair isə bu birləşməyə aparan yolu […]