Günlərdən çərşənbə, tünd dəmli çay,
Bir ovuc isti xatirə, bədirlənmiş bir ay.
İki fincan, tündü mənim, sadəsi sənin,
Yenə xatirələr mənim, soyumuş çay sənin.
Bəlkə bir bün yoruldum, əsdi əllərim,
Olanlar da xatirələrdə yadlaşar, de neyləyim?
İşdi qalmasa səni xatırlamağa heyim,
Unutsam çayı necə içdiyini, de neyləyim?
Eh sevgili, baxma bu zarafatıma mənim,
Yenə çərşənbə, yenə uşaqtək atır ürəyim.
Deyəsən əcəl gəlib, yaman tələskənəm,
Nə pis iş oldu bu, sənin çayını tünd eləmişəm.