Əvvəli: https://klv.az/2023/09/13/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-6/
(davamı)
Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL
§ 11. Psixoloji və transsendental MƏN. Dünyanın Transsendentliyi
Nə qədər ki, mən dünya təcrübəsində mövcud varlığa münasibətdə, sərbəst εποχή sayəsində mənim baxişlarıma, fikirləşən baxışlarıma təqdim olunan şeylərin təmizliyini saxlayıram, mən bu xüsusda hansı qərarı qəbul etsəm də və dünyanın varlığı və ya yoxluğu ilə olan məsələ nə yerdə olur-olsun, o fakt mühüm əhəmiyyət kəsb edir ki, mən və mənim həyatım özünün varlıq mənasında toxunulmaz qalır.
Bu cür εποχή-ın zəruriliyi səbəbindən mənə görə qalan, bu MƏN və bu MƏNİN həyatı, dünyanın bir hissəsi deyildir və əgər o deyirsə: “MƏN eqo coqito-yam“, onda bu, MƏN bu adamam fikrindən artıq heç nə ifadə etmir. Mən artıq özü-özünə dərk etmənin təbii təcrübəsində özünü öz qarşısında görən həmin adam olmuram, özü-özünə dərk etmənin təmiz psixoloji təcrübənin təmiz daxili komponentləri ilə məhdudlaşdırılması şəraitində, özünün xüsusi xalis mens sive animus sive intellectus-ni qarşısında görən mən isə, qəlbən özü-özünə başa düşülən olmuram. Bu cür təbii şəkildə qəbul olunan, mən və bütün digər insanlar obyektiv və ya pozitiv elmlərin, sözün adi mənasında – biologiyanın, antropologiyanın, hətta onların arasında psixologiyanın da mövzusunun mahiyyətləridir. Axı psixologiyanın haqqında danışdığı ruhi həyat, indiyə qədər və indinin özündə də ruhi həyat kimi həmişə dünyaya arxalanmışdı. Bu şübhəsiz, xalis daxili təcrübədə başa düşülən və burada nəzərdən keçirilən xüsusi ruhi həyata da aıddir. Lakin, fəlsəfəçilik edəndən təmizlənmiş karteziyan düşüncələrinin gedişini tələb edən fenomenoloji εποχή, obyektiv dünyanın varlıq mənasının tanınmasının qarşısını alır və bununla da, onu tam və bütövlükdə, həmçinin onunla yanaşı isə, bütün obyektiv qəbul olunan faktlarda necə, daxili təcrübə faktlarında da eləcə, varlığın mənasını mühakimə sahəsindən kənar edir. Özünü son dərəcə bütün obyektiv mənaların və əsaslandırmaların əhəmiyyətinin əsası hesab edərək εποχή vəziyyətində olan, mənim üçün, fikirləşən MƏN üçün, beləliklə, heç bir psixoloji MƏN, heç bir psixologiya mənasında, yəni psixofiziki insanın təşkili kimi başa düşmə mənasında psixi fenomenlər yoxdur.
Fenomenoloji εποχή vasitəsi ilə mən özümün təbii bəşəri MƏNİMİ və özümün ruhi həyatımı – mənim psixoloji özü-özünə dərk etmə təcrübəmin səltənətinə – mənim transsendental- fenomenoloji MƏNİMƏ, transsendental – fenomenoloji öz-özünə dərk etmə təcrübəmin səltənətinə reduksiya edirəm.
Mənim üçün olan və nə vaxtsa mənim üçün olmuş və ölacaq obyektiv aləm, özünün bütün obyektləri ilə, deyildiyi kimi, transsendental-fenomenoloji εποχή-un başlanması ilə ilk dəfə qabağa çıxan mənim özüm üçün, transsendental MƏN kimi mənim üçün, mənə görə əldə etdiyi özünün bütün mənasını və varlıq əhəmiyyətini nə vaxtsa əxz edə bilər.
Bu transsendental və onun korrelyatı anlayışı, transsendent anlayışı, bizim fəlsəfi düşüncələrin situasiyasından çıxarılmaqla əldə edilməlidir. Üstəlik nəzərə almaq lazımdır ki, necə ki, reduksiya olunmuş MƏN dünyanın bir hissəsi deyil, eləcə də, əksinə, mənim MƏNİMİN bir hissəsi olmayan, dünya və dünyanın hər hansı bir obyekti də, buna görə mənim şüur həyatımda onun real hissəsi kimi, hissi məlumatların kompleksi və ya aktları kimi, real olaraq qabaqcadan tapılan ola bilmir. Eyni ilə varlıq mənası kimi, yalnız bütün mənanı müəyyən edən mənim təcrübəmdən, mənim bu və ya digər təsəvvürlərimdən, fikirlərimdən, dəyərlərimdən, fəaliyyətimdən, – ancaq aşkarlıqda əhəmiyyəti olan varlığın mümkün mənası kimi – və yalnız mənim tərəfimdən əsaslandırma aktları ilə həyata keçirilən mənim xüsusi aşkarlığımdan əldə edilməsinə baxmayaraq, xüsusi məna üzrə, dünyaya aid olan nə varsa hamısı, onun transsendentliyinə¹¹ məxsusdur . Əgər, onun MƏNİNİN irreal daxil olmaqlılıq vəziyyətində olan bu transsendentlik dünyanın xüsusi mənasına mənsubdursa, onda əhəmiyyətli məna kimi dünyanı özündə gəzdirən MƏNİN özü də, öz növbəsində, bu mənanın zəruriliyi ilə nəzərdə tutulur ki, fenomenologiyada transsendental, bu əlaqələrdən yetişən fəlsəfi problemlərdə isə – transsendental-fəlsəfi adlandırılsın.
______________________________________
¹¹Bax: İnqarden, 8. burada bax
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2023/09/27/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-8/