Qulu Ağsəsdən yeni şeir. Sən və mən

Sən –canına tikan batırmırsan,
ağacda, kolda da olsan!
Mən –
öıümlə həyatın
arasından keçirəm,
düz yolda da olsam…

Sən –
təqvimi şərab kimi iyləyirsən,
görəsən, neçə şüşə
bəhanə var
axıb süfrəyə dağılmağa?..
Mən –
illərdə təmiz söz axtarıram,
oğlum Qələmə almağa…

Sən –
o dünyanı satın almısan,
mələklər yolunu gözləyir
cənnətdəki xüsusi nömrəndə.
Mən –
torpağın zibil qabına bənzədirəm qəbiristanı
insan tullantılarını görəndə…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qoca Xalid. Payıza poeziya töhfəsi

  Xatirələrdən yağan yağış Cəmənə, çiçəyə, yarpağa yağar, Son qoyar çöllərin sarı qəminə. Gündüz yağan yağış torpağa yağar, Gecə yağan yağış mənim qəlbimə.   Gecə də, gündüz də parlayıb sönər, Şimşəklər odlayar buludları da. Gündüz yağan yağış daşlarda dinər, Gecə yağan yağış – duyğularımda.   Bu yaz yağışının yolu uludu, […]