Əvvəli: https://klv.az/2023/09/06/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-5/
Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL
(davamı)
§ 9. “Mən varam” apodiktik aşkarlığının təsir dairəsi
Növbəti sual ondan ibarətdir ki, bu reduksiya transsendental subyektivliyi varlığın apodiktik aşkarlığına gətirə bilərmi. Özünüdərketmənin transsendental təcrübəsi, apodiktik mühakimələr üçün, əgər o özü apodikdirsə, yalnız o halda əsas kimi rol oynaya bilər və fəlsəfənin perspektivi, özü-özlüyündə təcrübələrin və mühakimələrin ilk sahəsindən meydana gələn apodiktik dərketmə sisteminin qurulması perspektivi yalnız bu zaman saxlanılır. Eqo sum və ya sum coqitans apodiktik olaraq nə deməlidir və biz bununla, varlığın ilkin apodiktik əsası kimi nə əldə edirik, məlumdur ki, artıq bu müddəanın və həmin faktın şübhə döğurmayan xarakterini qeyd edən Dekart görmüşdü ki, bəzi Mən şübhələnirəmin özü artıq niyyətində tutardı ki, Mən varam.
Bununla bərabər söhbət onda, mümkün şübhələrə meylli kimi, onun tərəfindən təcrübi dünyanın əhəmiyyəti əlindən alındıqdan sonra, özü-özünü dərk edən Mən haqqında gedir. Bizim dəqiqləşdirmədən sonra aydın olur ki, eqonun transsendental reduksiya nəticəsində varlıq əldə etməsi ilə şübhəsizliyin mənası, həqiqətən əvvəllər bizim nəzərdən keçirdiyimiz apodiktiklik anlayışına uyğun gəlir. Əlbəttə, apodiktiklik problemi və bununla yanaşı, ilk əsas və fəlsəfə üçün zəmin problemi bu müddəalarla hələ tükənmir. Axı dərhal da şübhə meydana çıxır. Məsələn, məgər zamanın hər hansı bir məqamında, yalnız təkçə xatirələrlə mümkün olan transsendental subyektivlik onun ayrılmaz keçmişinə məxsus deyil?
Lakin o da apodiktik aşkarlığa iddia edə bilərmi? Əlbəttə, xatirələrin aşkarlığının qeyri- apodiktikliyi əsasında, Mən varam müddəasının apodiktikliyini inkar etmək yanlışıqlıq olardı; bu, əgər onun haqqında səthi mülahizə yürüdülsə, yəni ondan yan keçilsə, yalnız o halda mümkündür. Əksinə, indi apodiktiv aşkarlığın geniş fəaliyyət problemi xüsusi ilə aktual olmalıdır.
Biz burada, – hər hansı aşkarlığın apodiktikliyinin və adekvatlığının əlbəəl izlənilməsinin məcburi olmadığı haqda əvvəllər edilmiş bir qeydi yadımıza salırıq; ola bilsin ki, bu qeyd məhz özü-özünə dərketmənin transsendental təcrübəsinə aid edilmiş olsun. Onun daxilində eqo ilkin olaraq özü-özlüyündə mümkündür. Lakin əslində, bu təcrübə hər dəfə öz mahiyyətini yalnız o keyfiyyətdə təklif edir ki, bu vaxt, bu eqo coqito təklifinin qrammatik mənada ifadə olunan eqosunun özünün gerçək indisi adekvat olaraq dərk edilmiş olsun; bu mahiyyətin kənarında isə yalnız, əslində təcrübədə dərk olunmayan şeyləri əhatə edən, ancaq zərurilik üzündən haqqı catan prezumptiv üfüqün ümimi qeyri-müəyyənliyi yayılır. Buraya, çox hissəsi tam qaranlıq olan, həmçinin Mənə transsendental qabiliyyətə və xatibual xüsusiyyətə malik olan eqonun özünün keçmişi aiddir. Zahirən qavrayış da həmçinin özündə, şeyin özünün təcrübi dərk etməsini təmsil edir – o özü bax buna dəyir. Lakin bu öz-özünə dayanmada şey, əslində, təcrübədə özü-özünə qavranılmayan şeyləri özündə birləşdirərək dərk edən üçün qeyri-müəyyən hədsiz üfüq əldə edir. Transsendental təcrübənin apodiktik doğruluğu da, elə bu şəkildə onun açıq üfüqünün qeyri-müəyyən ümumiliyinə məxsus olan, mənim transsendental Mən varam məhfumuna aıd edilir.
Ona görə də, həqiqi varlıq mütləq olaraq özü-özlüyündə, dərk etmənin ilk zəminində müəyyən olunmasına baxmayaraq, bunu hələ onun varlığının nə ilə ətraflı müəyyən olunması ilə əlaqədar olaraq danışıqsız etmək olmaz, belə ki, canlı aşkarlıqla yanaşı Mən varam iddiasının özü hələ verilməyib, yalnız nəzərdə tutulur. İmplisit olaraq apodiktik aşkarlıqda saxlanılan bu prezumpsiya, nəticə ehtibarı ilə, onun tamamlanma və onların apodiktik müəyyən olunan sahələrinə təsir imkanları ilə əlaqədar olaraq tənqid olunmalıdır. Transsendental MƏN, onun mütləq şübhə doğurmayan tərkibinin mümkün yanılmalarının ziddinə olaraq, özü-özlüyündə nə qədər aldana bilər və hansı hüdudlara nail ola bilər? Transsendental eqonun statusunu formalaşdırmaqla, hətta əgər hələlik apodiktikliyin çətin məsələlərini diqqətdən kənar qoysaq da, biz ümumiyyətlə, təhlükəli nöqtədə dayanırıq.
§ 10. Geri çəkilmə. Transsendental döngə, Dekartın səhvi kimi
Dekartı izləməklə, xalis MƏNİ və onun cogitationes-nu dərk etmək, sanki belə asan görünür. Və hər halda biz burada bir növ sıldırım dağ silsiləsinin yamacında dayanmışıq və bizim fəlsəfədə ölüm və həyat məsələsi ondan asılı qalır ki, biz bu yamacla sakit və inamla irəliyə doğru hərəkət edə biləcəyikmi. Dekart kəskin şəkildə xurafatdan xilas olmağa ciddi həvəsli idi. Lakin, yeni tədqiqatlar sayəsində və əsasən də Jilson və Koyre cənablarının əsaslı və gözəl işləri sayəsində biz bilirik ki, dekart “Düşüncələri”ndə nə qədər mühüm dərəcədə sxolastika gizlənir və nə dərəcədə aydınlaşdırılmamış mövhumat iştirak edir. Ancaq məsələ təkcə bunda deyil; ilk olaraq biz, riyazi təbiətşünaslıq qarşısında boyun əyməkdən meydana gələn və artıq yuxarıda xatırlanan mövhumatdan azad olmalıyıq – hansı ki, köhnə miras kimi çoxdan bizim boynumuzdan asılıb qalır – guya belə olsaydı ego cogito vəziyyətində söhbət apodiktik aksiomdan gedərdi, belə ki, bunu digər aksiomlarla birləşmədə və mümkündür ki, induktiv olaraq əsaslandırılmış hipotezlərdə göstərmək lazım idi ki, bu da nəticədə riyazi təbiət elmlərinə bənzər, ordine geometrico elmlərin, yəni deduktiv – dünya haqqında elmləri aydınlaşdıran – nomoloji elmlərin fundamentini yaratmalı idi. Bununla əlaqədar həmçinin, heç də nəyisə özlüyündə aydın hesab etmək olmaz ki, bizim apodiktik xalis eqomuzla, biz, fəlsəfəçilik edən MƏN üçün mübahisə doğurmayan nə isə yeganə bir şey kimi, dünyanın kiçik bir küncünü xilas etmişik və hazırda sual ondan ibarətdir ki, fitri eqonun prinsiplərinə müvafiq olaraq doğru çıxarılmış bu nəticələr vasitəsi ilə indi də tədricən qalan dünyanın məsələlərinin açılması ilə məşğul olaq.
Təəssüf ki, Dekartda, kauzallıq prinsipinə görə ayrı-ayrı insan mens sive animus-də və əqli nəticənin başlanğıc həlqəsində eqonu substantia cogitans-a çevirməklə, o hiss olunmadan bu fəlakətli dönüşü etdiyi vaxt məsələ, məhz bu cür qoyulmuşdu, qısa desək, həmin dönüşü ki, məhz bunun sayəsində o mənasız transsendental realizmin (hərçəndi buradakı mənasızlığın özü də hələ aydın deyil) atası olmuşdu. Əgər biz özü-özünə anlamanın və bununla da xalis intuisiya və ya aşkarlıq prinsipinin radikalizminə sadiq qalarıqsa, bütün bunlar bizdən sovuşar, yəni burada ego cogito-nun sahə epoxası sayəsində həqiqətən bizə, əsasən də, bilavasitə tam və açıq şəkildə verilməyən heç bir şeyə əhəmiyyət vermərik, nəticə ehtibarı ilə isə, nəyi ki, özümüz görmürük, o şey haqqında heç bir şey söyləyə bilmərik. Dekart bunda səhv edir, belə çıxır ki, bütün kəşflərdən ən böyüyünə yaxınlaşaraq, hətta müəyyən hallarda onu həyata keçirsə də, o hər halda onun həqiqi mənasını, transsendental subyektivlik mənasını başa düşmədi və beləliklə, həqiqi transsendental fəlsəfənin kandarını aşa bilmədi.
Davamı: https://klv.az/2023/09/20/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-7/
Tərcüməçi: Obaçı