Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/08/16/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-2/

(davamı)

Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL

§ 5. Həqiqi elmlərin aydınlığı və ideyası

Seçilmiş istiqamətdə düşüncələri davam etdirməklə, biz, yeni başlayan filosoflar öyrənirik ki, elmlərin kartezian ideyaları da, son nəticədə universal elmlərin ideyalarının mütləq əsaslandırılması və bəraət alması ilə, məhz həmin ideyalardır ki, onun faktiki həyata keçirilməsi məsələsinin necə olmasından asılı olmayaraq, onlar universallığa can atmaları ilə, daim bütün elmlər üzərində rəhbərlik edirlər.

Şübhəsizlik (aşkarlıq) daha geniş mənada mövcud olanın, üstəlik o necə varsa, o dərəcədə də eləcə mövcud olanın təcrübəsidir, yəni əqli baxışın mövcud olanın özünə cevrilmişliyidir. Şübhəsizliyin, təcrübənin göstərdiyi şeylərə zidd olan vəziyyət, onun məzmunu olaraq aşkar yalanlarla, aşkarlığın neqativlərini (yaxud neqativ aşkarlıqları) təşkil edir. Əslində, hər cür adi təcrübələrin daxil olduğu aşkarlıq (şübhəsizlik), sözün daha incə mənasında, az və ya çox dərəcədə mükəmməlliyə malikdir. Kamil aşkarlıq və onun korrelyatı, daxilən dərk etmə səylərinə, güman edilən intensiyanın tamamlanmasına aid verilən ideyalar kimi – haradan ki, biz onu düşüncələrə dalmaq vasitəsi ilə hasil edə bilərik- xalis və əsl həqiqətdir.

Həqiqət və yalan, tənqid və onun mövcud aşkar adekvatlığı, artıq elmə qədərki həyatda özünün daimi rolunu oynamış, adət edilən mövzudur. Bu gündəlik həyat üçün, onun dəyişkənliyi və nisbi məqsədləri kimi, kifayət edəcək qədər nisbi aşkarlıq və həqiqətdir. Elm də, hər kəs üçün olan və həmişəlik əhəmiyyətli qalan bu cür həqiqətləri axtarır və ona görə də onları həmişə yeni-yeni üsullarla təsdiq etməyə səy göstərir və bu cür sübutları sona qədər aparıb çıxarır. Hərgah (nəhayət, onun özü nədə sübut olunur) ona mütləq həqiqət sistemini de facto yaratmaq müyəssər olmursa və daim öz həqiqətini modifikasiyalaşdırmaq lazım gəlirsə, onda, buna baxmayaraq, yenə də o, mütləq və ya elmi mənada əsl həqiqət ideyalarının arxası ilə gedir və ona görə də bu ideyaların sonsuz üfüqünə can atan approksimasiyanın içərisində qurulur. O güman edir ki, onların köməyi və həmçinin özünün dərk etmənin sistematik universallığına cəhd etməsi sayəsində, bir növ bu və ya digər qapalı elmi sahələrə yanaşmada, – əgər söhbət bəzi fəlsəfələrin imkanlarına gedib çıxarsa – ümumiyyətlə mövcud olanın hər şeyi əhatə edən təxmini birliyinə yanaşmada, in infinitum adi dərk etməni və özü-özünü üstələyə bilər. Bu intensiyaya müvafiq olaraq, elmi və fəlsəfi ideyalara, nəticə ehtibarı ilə, biliklə dərk etmənin – özü-özündən irəli gələn biliklər – özü-özünün ardınca gələn müəyyən qaydaları və beləliklə özbaşına seçilməyən, ancaq şeylərin özünün təbiətdə əsasa malik olan sonrakı irəliləyişlərinin qaydaları və başlanğıcı qoşulur.

Elmi səylərin ümumi xarakterinə bu cür fikrən qapılma sayəsində, hələ ki, bu səylərlə müəyyən formada tam idarə edilməyən həqiqi elmlərin son ideyalarının əsas komponentləri bizim qarşımızda açılır; bununla belə, məhz bunun xatirinə biz qabaqcadan onun imkanları və sanki özü-özünə aydın ola bilən hansısa elmi idealları haqqında heç bir mühakimə irəli sürmürük.

Burada özünü bu kimi məsələlərin araşdırılması və müəyyən edilməsi üçün əziyyətə salmağın yeri deyil. Onlar şübhəsiz, söz yox ki, indi və sonralar istifadə olunacaq elmlərin və məntiqin ümumi nəzəriyyələri ilə əlaqədardır. Lakin biz, məhz bu “söz yox ki” məsələsindən özümüzü qorumalıyıq. Dekarta etiraz olaraq, biz artıq dediyimiz həmin şeylər haqqında bir də təkrar edirik: bütün sədaqətli elmlər kimi, elmlərin ümumi çevrilişi nəticəsində məntiq öz mənasından məhrum olmalıdır. Fəlsəfəçiliyin əvvəlindən tərəqqi edən nə varsa, biz hələ onları özümüz üçün əldə etməliyik. Sonralar bizim qarşımızda ənənəvi məntiqə uyğun hansısa həqiqi elm dayanacaqmı – bu haqda biz indi hələ heç nə bilə bilmərik.

Bu hazırlıq üçün olan işlərin gedişində – daha doğrusu, yalnız təxmini göstərilmiş, nəinki inkişaf etdirilmiş şəkildə aparılmış – biz bütün sonrakı düşüncələrimizin ilk metodik prinsiplərini formalaşdırmaq üçün kifayət qədər aydınlıq əldə etmişik. Aydındır ki, mən yeni başlayan filosof kimi öz səyimlə prezumptiv məqsədlərə doğru gedərək – həqiqi elmlə – mənim tərəfimdən aşkarlıqdan, təcrübədən əxz edilmiş olmayan heç bir mühakimənin qüvvədə qalmasına yol verə bilmərəm, belə ki, müvafiq olaraq şeylər və şeylərin vəziyyəti, mənim qarşımda onların özləri kimi dayanır. Əlbəttə, mənə bundan sonra da fikrən daim bu aşkarlıqlara yenidən qayıtmaq, onun fəaliyyət hüdudlarını tədqiq etmək lazım gələcək və özüm üçün elə bir aşkarlıq əldə etməliyəm ki, bu aşkarlığın özü və onun mükəmməlliyi şeylərin özünə nə qədər gerçək mövcudluq vermək qabiliyyətində olacaq. Harada ki, o hələ yoxdur, mən qəti mühakimələrə iddia edə bilmərəm və onu ən yaxşı halda ona aparan yolda aralıq mərhələ kimi hesaba ala bilərəm. Nə qədər ki, elmlər predikativə qədər müəyyən olunmuş, bütünlüklə və aşkar adekvatlıqla ifadə edən mülahizələrə can atırlar, aydındır ki, elmi aşkarlığın bu tərəfi haqqında da, qayğı çəkmək lazım gələcək. Adi dilin mütəhərrikliyini, çoxmənalılığını – ifadənin tamlığı xüsusunda – və həddən artıq qeyri-tələbkarlığını nəzərə alaraq, hətta harada ki, onun ifadəli vasitələri istifadə olunur, o yerdə onların mənasının əsaslandırılmasını elmi mülahizələrin əzəli orientasiyası ilə yenidən həyata keçirməklə yanaşı onların bu mənalarıni möhkmləndirmək lazım gələcəkdir.

Bu da həmçinin bizim bundan sonra izləyəcəyimiz aşkarlığın normativ metodik prinsiplərinə daxildir.

Bunula belə, əgər onlar əsl elmi ideyaların həyata keçirilməsinə başlamaq imkanlarını bizə təqdim etmirlərsə, onda bu prinsipdən və bütün əvvəlki düşüncələrdən gələn fayda nə ola bilərdi? Nə qədər ki, bu ideyalarda həm də dərk etmənin – əsl dərk etmənin – sistematik nizamlılıq formaları vardır, özlüyündə, ilkin biliklər haqqında sual da, bir o qədər baş sual kimi meydana çıxır, belə ki, o universal dərk etmənin bütün pilləli quruculuğunu özündə apara bilər və aparmalıdır. Elmi dərk etmənin mütləq yoxsulluğu şəraitində bizim üçün düşünülən hər şey – əgər bizim prezumptiv məqsədlərimiz praktiki mümkündürsə – bir halda ki, onlar əvvəl gələn hər hansı digər aşkarlıqlar kimi dərk oluna bilir, ona görə də, artıq bu cür qabiliyyətin möhürü ilə qeyd edilmiş aşkarlıq üçün əl çatan olmalıdır. Bününla belə, onlar əvvəl gələn bu aşkarlığın mütləq ehtibarlılığına münasibətdə, qəti mükəmməlliliyi ilə fərqlənməlidirlər, əgər onların bünövrəsi dərk etmə sisteminin son ideyaları ilə idarə olunan quruluşda və elmlərin inkişafında qoyularsa, – prezumptiv olaraq bu ideyalara birgə məxsus olan sonsuzluğu da nəzərə almaqla – bu hər hansı bir mənaya malik ola bilər.


Bax: İnqarden, 2. burada bax.

Davamı: https://klv.az/2023/08/30/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-4/

Tərcüməçi: Obaçı 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Parklarımızın görüntüsünü pozan adam

Ca Avq 24 , 2023
Başlıq Tərlanın şeirindən götürdüyüm misradır. Diskurs daxilində yeri çox rahatdır. Amma yuxarı başa çıxarılandan sonra “sancılar”ı başlanıb: Sən parklarımızın görüntüsünü pozursan-deyib, xətrinə dəymirlər, cərimə etmirlər adamı Rüsum istəmirlər oturan yerdə darıxmağa ən pis halda ayaq üstə darıxırsan, ya da birinə yaxınlaşıb icazə istəyirsən, yanında oturab icazəli-icazəli darıxırsan… Çox acı bir […]