“Nə o – yelkən, nə bu – gəmi”

Heç dəniz də o dəniz, sahil də o sahil deyil…

Belə yaşamaq olmur;

Pərdəni çək,

Bir az qaranlıq düşsün evə…

Biz də o biz deyilik heç…

“Dünya haçan azad olar?” – dedin,

Bilmirəm, ana…

Ancaq biz azad olacağıq dünyadan!

“Nə o yelkən, nə bu gəmi” Qardaşxan Haqqararın “Elm və təhsil” nəşriyyatında çap olunan yeni kitabıdır.  “Du­a­­lar” bölməsində:

Göy şeiridi mənim şerim

  Göydə işarələr olmur”

deyən müəllif burada durğu işarələrindən istifadə etmədiyinə haqq qazandırmağımızı istəyir.

Qardaşxan “İm­­za ye­­ri­­nə rəm­­zi qı­­lınc” bölməsində  ədəbi cəsarət simvolu yazar Rafiq Tağının xatirəsinə həsr etdiyi poetik nümunələrin qələmə, sözə terrora qarşı  etiraz şeirləri olduğunu xüsusi vurğulayır.

Kitabda “Nə o  yel­­kən, nə bu gə­­mi” və “Qa­fi­yə­siz poe­zi­ya” adlı daha iki bölmə var.

Bu başsız külək də lap eyləyib ağ,

dənizə dağ çəkir,

hər dalğa  –  bir dağ.

Bir tufan qaldırıb ya xilas olmaq,

ya da öz içində batmaq istəyir,

misraları bütövlükdə bu nəşrdəki şeirlərin azadlıq ruhunu ifadə edir.

 

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoydur.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zenfira Mayılova. Milli əxlaq və qadın

İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında “milli əxlaq və qadın” mövzusu Gözümüzü açandan bəri milli dəyərlərin izlərini həyatımızda görürük. Bu ta qədimə dayanan bir nüansdır. Lakin hər şey günümüzdəki kimi olubmu? Xeyr. Hər şey sirkənin öz tündlüyündən qabını çatlatdığı dönəmdə dəyişib. “Dəli Kür” əsərində isə tam orjinallığı ilə bunları görmək […]