Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”

Xəzər Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə “Mən bir Turan yolçusuyam” adlı elmi-mədəni tədbir keçirilib.

Tədbir Əhməd Cavadın sözlərinə Ü.Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova bildirib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. O, şairin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və ümumən, Şərq və Avropa ədəbi-ictimai mühiti ilə bağlılığından bəhs edib.

Elmi paneldə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli Əhməd Cavadın öz dövründə də, özündən sonrakı mərhələlərdə də ədəbiyyatımıza təsirindən və novatorluğundan söhbət açıb, şairin bir millət, ədəbiyyat fədaisi olduğunu vurğulayıb.

Türkiyənin Dənizli şəhərində yerləşən “Yeşil Kayın” nəşriyyat evinin qurucuları Samet Önder və Melike Karateke nəşriyyat evində Əhməd Cavadın “Uyan” adlı şeirlər kitabının nəşri ilə bağlı fikirlərini bölüşüblər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Əhməd Cavadın Azərbaycan ədəbiyyatının yeni dövrünün poetik üslubunun formalaşmasındakı rolundan bəhs edib, konkret nümunələr əsasında müqayisələr aparıb.

Tədbirdə iştirak edən Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç Əhməd Cavad və Mehmet Akif Ərsoy yaradıcılığı arasında müqayisələr aparıb, onların türk mədəniyyət tarixindəki yerindən söz açıb, bu tədbirin mənəvi dəyərlərin nəsildən-nəsilə ötürülməsində əhəmiyyətini vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.

 

 

 

 

 

 

 

 

 

 

 

Azertag.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Şir dərisi geymiş qəhrəman

C Dek 30 , 2022
Sonuncu dəfə bir Azərbaycan dastanının ekranlaşdırılması nə vaxt olub? Bəs həmin dastanın müasir zamana köçürülərək dövrə uyğun interpretasiya edilməsi və tamaşaçı üçün aktual mövzuları əhatə etməsi? Üstəlik, bunu edərkən də dünyadakı tendensiyalardan yararlanaraq hansısa janr ilə xalqın adət-ənənələrini sintez edib tamaşaçının diqqətini çəkməsi? Bəhram və Bəhmən Ərk qardaşlarının birlikdə rejissorluğunu […]