Qardaşxan. Eylül

1

Yayın istisindən şikayətlərin

çanağı başında sındı payızın.

Eylül elə tökdü leysan yağışı

girməmiş, atası yandı payızın.

Payız əfsanəsi başladı Eylül,

Cızdağımız çıxdı ancaq onacan.

Qoy o lap bir ay yox, bircə an olsun,

O anı yaşayım sonsuzluğacan!

Ay payız ayıdır, gün yayın günü,

Baxıb öz gününə ağlayır Eylül.

İyirmi iki gün ümidlərini

Son səkkiz gününə bağlayır Eylül.

Qışacan daşınar payızla yaz, yay,

Kef hələ Eylüldən sonrasındadır.

…Hələ quyruq donmur, qışın quyruğu

Payızın qapısı arasındadır.

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Qardaşxan. Eylül

  1. İnsan dediyin hər şeydə qüsur tapan bir varlıqdır. Payız da bundan nəsibini aldı. Dövran birdən-birə elə dəyişdi ki, payız belə baş verənlərə təəccübləndi.
    Nəhayət ki, böyük əfsanə başladı. Ancaq ona qədər artıq olan olmuşdu. İnsanlar isə bircə an belə olsa payızı yaşamaq istəyirdilər. Həyatda bəzi şeylər vardır ki,sadəcə tək bir dəqiqədir, bəlkə də, saniyə. Amma o qədər dəyərli olur ki, elə bilirsən sonsuzluğun içindəsən.
    Əfsus ki,gözlənilən olmadı. Ay payız olmuşdu, gün isə qızmara dönmüşdü. Əslində, bu hadisəni bu gün bizlər də yaşayırıq. İndi Eylül uzun müddətdir gözlədiyi ümidlərini “səkkiz” günə bağlamışdı.
    Qışa qədər bu get-gəl hələ çox davam edəcəkdi. Əsl əfsanə Eylüldən sonra baş qaldıracaqdı.
    İnsanoğlu yaşadığı hər dəqiqənin,günün,ayın qədrini bilməlidir. Dolu-dolu, amma “həqiqətən” yaşamalıdır. Qüsur axtarmağı buraxmalı, ətrafına baxmalıdır. Yaşadığı hər anın içində əslində nə qədər möcüzlər gizlənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mən kiməm?!

Klv.az saytı Sumqayıt Təfəkkür Liseyinin IX sinif şagirdi Fateh Abdullayevin yazısını təqdim edir. Fateh dünya ədəbiyyatı və fəlsəfəsini böyük maraqla mütaliə edir, yazılar yazır. Mən kiməm? İlk bu sualdan başlayaq. Əgər hər insanın özünə sormalı olduğu tək bir sual olsaydı, o da məhz bu sual olardı; Mən kiməm? Bu iki […]