Dünyanın seçilmiş on şairi – biri Məmməd İsmayıl…

Azərbaycandan çox-çox uzaqlarda – 25 ildən yuxarıdır ki, professoru olduğu qardaş Türkiyənin Çanaqqala 18 Mart Universitetindəki həm bədii yaradıcılı­ğı, həm də elmi-pedaqoji fəaliyyəti ilə bütün türk dünyasında tanınan Məmməd İsmayıl bu dəfə dünya çapında yeni uğurları ilə gündəmə gəldi. Rumınyanın “Edıturan Reveres” nəşriyyatı “Planetin poeziyası” (Planeta Poeziei) seriyasın­dan həmyerlimizə həsr olunmuş “Mammad İsmayıl. Memoria Sfanta” (Məmməd İsmayıl. Müqəddəs Xatirə) adlı kitabı nəfis şəkildə nəşr etmişdir

Bu dünyanın seçilmiş və öndəgələn on şairi haqqında hazırlanan seriyanın dördün­cüsüdür və həmyerlimizə həsr olunmuş­dur. 350 səhifədən ibarət olunan nəşrdə Məmməd İsmayılın dünyanın 50-dən artıq dilinə çevrilən şeirlərindən nümunələrə, dünya dillərində haqqında yazılan çoxsaylı məqalələrə və fikirlərə, eləcə də şairin dünya­nın müxtəlif ölkələrində çap olunun kitabları­nın, aldığı diplom ve medalların fotolarına, ən müxtəlif dünya rəssamlarının çəkmiş olduq­ları portretlərə geniş yer verilib. Nəfis tərtibatı ilə seçilən kitabın redaktoru və ön sözünün məllifi Rumınyanın tanınmış şairlərindən olan Constantin Barbudur.

C.Barbunun yazmış olduğu ön sözdə Məmməd İsmayılın dünya ədəbiyyatındakı yeri və şairin çoxşaxəli yaradıcılığının müxtəlif fərqli yönləri diqqətə çatdırılır. Onu da qeyd edək ki, bu il iyun ayının 19-da Rumınyanın Graiova Milli Kitabxanasında kitabın təntənəli təqdimat mərasimi keçiril­mişdir. Kitabı oxuculara əsərin redaktoru C. Barbu təqdim etmiş, tədbirdə çıxış edən M.İsmayıl belə mükəmməl kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildir­mişdir. Kitab Rumınyanın “Mihai Emunescu Akademiyası”nın qərarı ilə nəşr edilmişdir.

Məmməd İsmayıl Beynəlxalq Poe­ziya Akademiyasının da milli və dünya ədəbiyyatinda göstərdiyi önəmli xidmətlərinə gorə təltif etdiyi şairdir. Akademiyanın İcraiyyə Komitəsinin qərarında deyilir: “Dünya üzrə Beynəlxalq Poeziya Festivalı (2022) poeziyanın dəyərli və qiymətli “Mihai Emi­nescu” mükafatını cənab Məmməd İsmayıla təqdim etməkdən qürur duyur. Prezident, Professor Ion Deaconescu”. Qeyd edək ki, bu rumıniyalı məşhur şair, nasir və jurnalist Mixay Emineskunun adına təsis edilmiş ünlü mükafatdır.

Həmyerlimizin başqa bir uğuru isə İngiltərədə çap olunan “Dünya şeir antologiyası”nda yer almasıdır. Bu məşhur seriyada da Məmməd İsmayılın həyat yoluna və 12 şeirinə yer verilib. Şeirləri ingilis dilinə Banu Akkök və Tomris Babanlı çevirmişlər. Maraqlıdır ki, bugünlərdə Çinin Şanxay şəhərində Çin dilində çap olunan “Dünya şeir antologiyası”nda da ünlü həmyerlimizin şeirlərinə yer verilib. Antologiyada şairin yara­dıcılıq tərcümeyi-halı ilə birlikdə “Tanrı bilər”, “Biz dörd nəfər idik” və “Uğur gözləyirsən” şeirləri dərc edilib.

Türk dünyasının böyük və sevilən şairi Məmməd İsmayılı dünya çapındakı uğurları münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.

 

Xalqqazeti.com

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Alper Canıgüz: Atama layiq olmaq, anamın haqsızlığını sübut etmək üçün yazıçı olmuşam

Alper Canıgüz 1969-cu ildə İstanbulda doğulub. Uşaqlığı Acıbademin müxtəlif məhəllələrində dalaşmaq və özündən düzüb-qoşduğu hekayələri dostlarına nəql etməklə keçib. Macəralarla dolu uşaqlıq illərində mütaliəyə böyük marağı olan Alper dünya klassiklərinin əsərlərini sevərək mütaliə edir. Xüsusən, Mişel Zevakonun serial-romanları onu maraqlı hekayələr uydurmağa həvəsləndirir. Kafka yaradıcılığı ilə tanış olanda isə uydurdurduğu […]