Məhəmməd Teymur. Qəhvəli süd-Tozlu süd

M.Teymur (1892-1921) – Misir novellisti və dramaturqu. Təhlisini Parisdə alıb. O, Qahirədə “Teatrın Dostları Cəmiyyəti”ni yaradıb. Bir sıra komediya və dram, həmçinin ərəb teatrına, məhşur aktyor və rejissorlara həsr olunmuş məqalələr müəllifidir. “Gözlər nə görür?” adlı kitabında toplanmış hekayələri Misir realist novellalarının ilk nümunəsi sayılır.

***

Bu gün səhər yatağımdan qalxdım və xidmətçi evdən acqarına çıxmayım deyə mənə qəlyanaltı gətirdi. Mən qəlyanaltıya nəzər saldım: orada cürbəcür qablar düzülmüşdü – qablarda pendir, yağ, yumurta, süd və qəhvə var idi. Ürəyim yemək istədi, mən yağ-pendir götürdüm, yumurta yedim və hiss etdim ki, artıq doymuşam. Gözüm süd və qəhvəyə sataşdı və düşündüm. “Hər səhər südlü qəhvə içirəm, amma bu gün isə atıq toxam və daha qarnıma bir damla südə də yer tapa bilmərəm!”

Mən qalxdım, paltomu çiynimə saldım və qəflətən mənə baxaraq quyruğunu bulayan itimi gördüm. Bu zaman fincanındakı südün hamını onun yalağına tökdüm və evdən çıxdım.

İskəndəriyyəyə qədər qatarla getdim. Orada bəzi işlərimi sahmana saldıqdan sonra vağzala qayıtdım. Burada məni öz dayanacağımıza aparacaq qatarın gəlişinədək bir qədər vaxtım oldu. Birdən mən əlli yaşlarında bir kişi gördüm. Onun ardınca əllərində saxsı bardaqlar olan bir oğlan uşağı gedirdi. Yəqin ki, oğlu idi. Onlar artıq stansiyaya yaxınlaşmış və yavaşımız qatara atılmaq istəyirdilər. Bu vaxt uşaq yerə, atası isə onun üstünə yıxıldı. Xoşbəxtlikdən onlara heç nə olmadı. Saxsı bardaqlardan biri sındı və onun içərisindəki maye torpağa yayıldı. Bu, dümağ süd idi. Kişi ona çox təəssüflə baxdı. Sanki bu dəqiqə gözlərindən yaşlar axıdacaqdı. Sonra o, oğlu ilə birlikdə qalan küpələri geriyə qaytardı. Elə bil ki, baş vermiş bu hadisədə nəhs əlamət gördü.

İsgəndəriyyəli iki küçə uşağı bir-birini ötə-ötə hadisə yerinə elə çaparaq gedirdilər ki, mən kənara çəkilməyə belə macal tapmadım. Hər ikisi səfil idi -başları açıq idi, bədənlərini güclə örtən, cır-cındır geyimləri vardır. Onları sifəti və geyimləri çirkli, yanıb bozarmışdı. Onlar bardağın sındığı yerə qədər qaçdılar, ora çatan kimi diz üstü çökdülər,  pişik kimi yalaya-yalaya südü içməyə başladılar. Ancaq bu, qəhvəli süd deyildi, bu tozlu süd idi!

Ey Allahım! Doğrudanmı, mən bu gün səhər bir fincan qəhvəli süddən imtina etdim, bu, iki zavallı isə tozla qarışmış südə qane olurlar!

 

İngiliscədən çevirən: Cabir Məmmədov

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Türkan Mürsəlova. Cavidin "dün"ü bizi səsləyir..

Ça İyl 5 , 2022
Romantizm real hadisələrdən daha çox yazıçı təxəyyülündən gələn, onun ideal hesab etdiyi hadisələri və ya xüsusiyyətləri ön plana çəkməsi, birinci mərtəbəyə yerləşdirməsi, işıqlandırmasıdır. Romantik əsərlərdə daha çox yazıçı təxəyyülünün məhsulu olan obrazlara rast gəlirik. Azərbaycan romantizminin əsas istiqamətlərindən biri də keçmişə, keçmiş dəyərlərə qayıdış, ilkinlik, keçmişlə indinin müqayisəsidir. Romantiklər, ümumiyyətlə, […]